Tramp bu gün TikTok ilə bağlı son təklifləri nəzərdən keçirəcək

18:01 - 2.04.2025


2 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp, 2 aprel çərşənbə günü, 5 aprel tarixinə təyin olunan son tarixdən əvvəl TikTok ilə əlaqəli son təklifləri nəzərdən keçirəcəkdir.

ABC.AZ xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

Belə ki, Oval kabinetdə vitse-prezident C.D. Vens, ticarət naziri Hovard Lütnik, Milli Təhlükəsizlik müşaviri Mayk Uolles və Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın iştirakı ilə görüş keçiriləcək. 
Daha əvvəl bildirildi ki, “Blackstone” özəl investisiya şirkəti, ABŞ-ın TikTok biznesinə investisiya qoymaq üçün Susquehanna International Group və General Atlantic-in rəhbərlik etdiyi ByteDance-in mövcud Çindən olmayan səhmdarlarına qoşulma ehtimalını müzakirə edir.