17:07 - 1.04.2025
1 aprel, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib.
2024-cü ildə Türk dövlətləri 2,11 trilyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 1,8%-lik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib.
Hesabat dövründə Türk dövlətləri 3,2%-lik qlobal artım tempi ilə müqayisədə 5,2% ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9%, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2% iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3%, ŞKTR-də 7,3% təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1%, 4,8% və 6,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Macarıstanda ÜDM artım tempi 0,5% təşkil edib.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026