İki ayda 16 sığorta şirkətinin xətti ilə bu qədər sığorta haqqı toplanıb

16:08 - 1.04.2025


1 aprel, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 281 milyon 206 min manat sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 41 milyon 487 min manat və ya 17,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin ödədikləri ödənişlərin məbləği isə 108 milyon 595 min manat təşkil edib. Bu isə illik müqayisədə 11 milyon 160 min manat, başqa sözlə 11,5 % çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı (ödəniş-yığım nisbəti) ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 40,6 manat olub.