16:29 - 17.03.2025
17 mart, Fineko/abc.az. Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov reysin bu ilin 1 may tarixindən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumat barədə sualını cavablandırarkən deyib.
“Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı açıqlama etmişdi. Biz də bununla bağlı məlumat gözləyirik”, – Azər Fərəcov qeyd edib. (APA)
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026