“ASAN xidmət” mərkəzləri daha harda yaradılacaq?

14:05 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Artıq Şuşada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və gələcəkdə azad edilən digər ərazilərdə də yaradılması məsələsinə baxılacaq.

ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, azad olunan ərazilərdə vətəndaşların köçünə şərait yaradılır:

“Artıq 25 ölkə və beynəlxalq təşkilatla müqavilə imzalanıb. Onlar “ASAN xidmət” təcrübəsini öyrənir”.