Azərbaycanda neçə vergi ödəyicisi var?

14:33 - 20.02.2025


20 fevral, Fineko/abc.az. Bu ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1.604.938 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz artıb. Fevral ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 191.643 vahid təşkil edib.

2025-ci ilin yanvar ayı ərzində 1.307 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 90,1 faizi yerli investisiyalı, 9,9 faizi xarici investisiyalı qurumlardır. Kommersiya qurumlarının 87,5 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar ayında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,5 faiz təşkil edib.