14:27 - 13.02.2025
13 fevral, Fineko/abc.az. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi və vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması bu sahədə səmərəliliyin yüksəldilməsinə töhfə verir.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumda çıxışı zamanı bildirib.
O qeyd edib ki, son dövrlərdə vergi əməliyyatlarının asanlaşdırılması, vergi öhdəliklərinin icrasının nəzarətdə saxlanılması, qanunsuz dövriyyənin qarşısının alınması və xidmətlərin əlçatanlığının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirilib.
DGK-nın sədri bildirib ki, vergi ödəyicilərinə öz vergi əməliyyatlarını rəqəmsal izləməyə imkan verən şəxsi hesab vərəqəsi, elektron qaimə-fakturalar, “ƏDV geri al” layihəsi, yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi və digər innovativ həllər nağdsız ödənişləri təşviq etməklə vergi nəzarətini gücləndirib, büdcə daxilolmalarını artırıb və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına töhfə verib.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026