10:21 - 13.02.2025
13 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Rusiya lideri Vladimir Putinlə görüşü Səudiyyə Ərəbistanında keçirilə bilər.
ABC.AZ xəbər verir ki, eyni zamanda, Tramp, ehtimal ki, Rusiyaya səfər edəcəyini və Putini ABŞ-da gözləyəcəyini qeyd edib.
"Biz ondan irəli gəlirik ki, o buraya gələcək, mən də ora (Rusiyaya) gedəcəyəm. Və ilk görüşümüz, ehtimal ki, Səudiyyə Ərəbistanında keçiriləcək", — Amerika prezidenti deyib.
Çərşənbə günü Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Ukraynadakı münaqişəni və onun başa çatması üçün danışıqlar prosesinə başlamağın mümkünlüyünü müzakirə edərək uzun telefon danışığı aparıblar.
Trampın sözlərinə görə, hər iki lider Ukrayna münaqişəsində "milyonlarla ölümə" son qoymaq istədiklərini qəbul ediblər. Həmçinin onlar, bu mövzuda yaxından işləmək, xüsusən də "bir-birlərinin ölkələrini ziyarət etmək" razılığına gəliblər.
O, səylərinin Ukraynadakı vəziyyətin həllində uğur qazanacağına ümid etdiyini bildirib. "İnanıram ki, görülən işlər uğurlu nəticələrə gətirib çıxaracaq. Ümid edirəm ki, bu, tezliklə baş verəcək", - Tramp yazıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026