15:34 - 5.02.2025
5 fevral, Fineko/abc.az. İspaniyada işəgötürənlərin narazılığına baxmayaraq iş saatı azaldılıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən ölkədə həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.
Qərar Nazirlər Kabinetinin fevralın 4-də keçirilən iclasında qəbul edilib.
Qərar gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsir etməyəcək. İspaniya Baş nazirinin müavini Yolanda Dias bu qərarın İspaniyanın modernləşməsinə töhfə verəcəyini deyib.
Müəllif: Elmir Murad
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026