Macarıstan Ukraynadan aqrar məhsulların idxalına qadağanı saxlayacaq

16:09 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. Macarıstan, Avropa Birliyi Ukraynanın Avropa bazarına ixracı probleminə məqbul bir həll tapana qədər Ukraynadan aqrar məhsulların idxalına qoyulan qadağanı birtərəfli qaydada saxlayacaqdır.

ABC.AZ xəbər verir ki, bu barədə Macarıstanın Kənd təsərrüfatı naziri İştvan Nad Brüsseldə AB ölkələrindən olan həmkarları ilə görüşdən sonra bildirib.

O xatırladıb ki, Ukrayna Kənd təsərrüfatı məhsullarının icma ölkələrinə idxalını tənzimləyən sazişin müddəti iyun ayında başa çatır və hazırkı Razılaşma Avropa fermerlərinin maraqlarını zəif qoruyur. Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin yaydığı açıqlamada,"hətta kvota tədarükü bəzi AB ölkələrinin bazarlarında ciddi problemlərə səbəb olub", — deyilir.