Sumqayıtın bir hissəsinə suyun verilməsində fasilə yaranacaq

11:04 - 23.01.2025


23 yanvar, Fineko/abc.az. Sumqayıt şəhər ərazisinin bir hissəsini içməli su ilə qidalandıran su kəmərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 23-də səhər saat 10:00-dan, axşam saat 17:00-a qədər Kotec, Kimyaçılar qəsəbələrinə, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatalrı Agentliyindən ABC.AZ-a məlumat verilib.