Sosial Xidmətlər Agentliyi 1,5 milyon manata ofis icarəyə götürür

17:03 - 22.01.2025


22 yanvar, Fineko/abc.az. Sosial Xidmətlər Agentliyi “Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Çinar Park” QSC (VÖEN: 1500764231) olub.

Qalib şirkətlə 1 550 391 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, bu müqavilə üzrə 2 illik müddətə 3200 m² ofis sahəsi və 200 m² anbar sahəsi icarəyə götürüləcək.