11:10 - 7.09.2018
7 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,27 dollar (1,6%) ucuzlaşıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,90 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti 6 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,95 dollar (1,38%) ucuzlaşaraq bir barelə 67,77 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 6 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,77 dollar (1%) enərək bir barelə 76,50 dollar təşkil etmişdir.
Nəticədə “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 8,73 dollar / barelə qədər yüksəlmişdir.