Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub

11:49 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyinatı olub.

ABC.AZ xəbər verir ki, sözügedən vəzifəyə Ülvi Həsənzadə təyin olunub.

Qeyd edək ki, Ülvi Həsənzadə uzun müddət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) çalışıb.