NASA peykləri Xəzərdə "xəyali" adanı aşkar ediblər

12:37 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. NASA-ya məxsus Landsat 8 və 9 aparatları 2022-ci ilin noyabrından 2024-cü ilin dekabrına qədər Xəzər dənizinin sahil zonasının bir neçə şəklini çəkib və "xəyali" adanı aşkar etməyə kömək edib.

ABC.AZ xəbər verir ki, Azərbaycanın şərq sahillərindən təxminən 25 km məsafədə yerləşir.

Çigil Dəniz kimi tanınan ada 2023-cü ilin əvvəlində Kumani palçıq vulkanının püskürməsindən sonra Xəzər dənizinin sularından yaranıb. Növbəti ilin sonuna qədər az qala yuyulub, sanki  xəyal kimi gözdən itmişdi.

Tədqiqatçılar, 1861-ci ildə bu vulkanın ilk qeydə alınmış püskürməsindən etibarən oxşar müvəqqəti adalar yaradan güclü Kumani püskürmələrini bir neçə dəfə qeyd ediblər.