12:34 - 6.09.2018
6 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,57 dollar (0,71%) ucuzlaşıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,17 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti 5 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 1,15 dollar (1,65%) ucuzlaşaraq bir barelə 68,72 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 5 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,90 dollar (1,15%) enərək bir barelə 77,27 dollar təşkil etmişdir.
Nəticədə “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi hazırda 8,55 dollar / barelə qədər artmışdır.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026