15:47 - 7.01.2025
7 yanvar, Fineko/abc.az. İndoneziya Xarici İşlər Nazirliyi Rusiyaya BRICS-ə qoşulmaqda göstərdiyi dəstəyə görə təşəkkür edib.
ABC.AZ xəbər verir ki, İndoneziya assosiasiyada “qlobal asayişin qorunmasında aktiv rol” oynamaq niyyətindədir.
Qeyd edək ki, Braziliya yanvarın 6-da İndoneziyanın BRICS-ə üzv olduğunu açıqlayıb.
Qərar 2023-cü ildə Yohannesburqda keçirilən sammitdə assosiasiyanın bütün ölkələri tərəfindən təsdiqlənib.
2025-ci ildən Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistan da BRICS-in tərəfdaşlarıdır.
30 İyul 2026
30 İyul 2026
27 İyul 2026
28 İyul 2026