Qara dənizdə mazut sızmasına görə ekoloji vəziyyət kritikdir

10:43 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Kerç boğazında mazut tökülməsindən sonra vəziyyət kritikdir, dəymiş ziyanı hesablamaq hələ mümkün deyil.

ABC.AZ xəbər verir ki, bu barədə Kremldə qeyd ediblər.

"Tankerlərin qəzasının və mazut tökülməsinin Qara dənizin ekologiyasına təsiri qaçılmazdır, lakin zərərin tam hesablanması hələ mümkün deyil", — deyə Peskov Qara dəniz Fövqəladə vəziyyəti ilə bağlı sualları şərh edib.

Onun sözlərinə görə, vəziyyəti kritik adlandırmaq olar, mənfi nəticələr hələ tam qiymətləndirilməyib, qurumların intensiv işi lazımdır. Peskov, həmçinin könüllülərin qəzaların nəticələrini aradan qaldırmaq üçün aktiv işlərini vurğulayıb.