Azərbaycan Rusiya vətəndaşlarının respublika ərazisində qalma qaydalarını dəyişdirir

15:23 - 28.12.2024


28 dekabr, Fineko/abc.az. Azərbaycan yaxın vaxtlarda Rusiya vətəndaşlarının respublika ərazisində qalma qaydalarını dəyişəcək.

ABC.AZ xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, nazirlik əcnəbilərin Rusiyada qalma qaydalarının dəyişdirilməsi ilə bağlı suala cavab verib. Yanvarın 1-dən etibarən ölkədə il ərzində 90 gündən çox olmayaraq (altı ay əvəzinə) vizasız qala biləcəklər.