16:48 - 19.12.2024
19 dekabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti tərəfindən 120 yeni iş yeri yaradılacaq.
ABC.AZ xəbər verir ki, Türkiyə kapitallı “Eurotec Group” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.
Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.
Belçikanın qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026