10:40 - 4.09.2018
4 sentyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,35 dollar (0,44%) bahalaşıb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,73 dollar təşkil edir.
“NYMEX” birjasında “WTI” markalı neftin ticarəti ABŞ-da bazar ertəsi günü qeyd edilən Əmək Günü münasibəti ilə keçirilməmişdir, oktyabr fyuçersinin qiyməti cümə günü, 31 avqust tarixində keçirilən ticarətin nəticəsində isə 0,45 dollar (0,64%) ucuzlaşaraq bir barelə 69,80 dollar təşkil etmişdir.
“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti bazar ertəsi, 3 sentyabr tarixində keçirilən ticarətin nəticəsində 0,51 dollar (0,66%) qalxaraq bir barelə 78,15 dollar təşkil etmişdir.
Nəticədə “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 8,35 dollar/barelə qədər artmışdır.