09:59 - 6.12.2024
6 dekabr, Fineko/abc.az. Azərbaycanda yeni sığorta brokeri təsis edilib.
ABC.AZ xəbər verir ki, bu, “Ulduz Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət 3 dekabr 2024-cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun, ev 83, World Business Center, m. 4/3 ünvanında qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 170 manat olmaqla ona rəhbərliyi Əli Əfsanə Vilayət oğlu edəcək. Şirkətin rəhbəri sığorta agenti kimi fəaliyyət göstərib.
Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.