13:16 - 3.09.2018
3 sentyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 3 sentyabr tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 542,0 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.