15:49 - 28.11.2024
28 noyabr, Fineko/abc.az. Qlobal bazarda qəhvə dənələrinin qiyməti artmaqda davam edir, robusta qəhvəsi üçün yanvar fyuçerslərinin dəyəri artıq bir ton üçün 5500 dollardan yuxarı proqnozlaşdırılır.
ABC.AZ xəbər verir ki, beləliklə, noyabrın 27-nin nəticələrinə görə, robustanın yanvar fyuçerslərinin qiyməti ton başına 5545 dollar təşkil edərək 7,15% artıb. Bu səviyyə sonuncu dəfə 2008-ci ildə qeydə alınıb.
Bundan əlavə, arabika qəhvəsinin qiyməti əvvəllər ton başına 7000 dollar səviyyəsində yüksəlmişdi ki, bu da 1977-ci ildən bəri rekorddur.
Qeyd edək ki, 2024-cü ilin aprelində robusta qəhvəsinin qiyməti bir ton üçün 4000 dollardan, avqustda isə 5000 dollardan çox olub.
Mütəxəssislər qəhvə qiymətlərindəki bu artımı istilik və qeyri-bərabər yağıntılar səbəbindən Braziliyada cari ilin məhsulunda mümkün azalma ilə əlaqələndirirlər.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026