Huawei öz əməliyyat sistemi olan smartfon istehsal edəcək

10:46 - 25.11.2024


25 noyabr, Fineko/abc.az. Çinin Huawei korporasiyası ABŞ-ın sanksiyalar yolu ilə Çinin texnoloji tərəqqisinə mane olmaq cəhdləri fonunda öz proqram təminatı olan smartfon istehsal edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Financial Times (FT) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, korporasiya " tamamilə yerli HarmonyOS Next əməliyyat sistemi ilə təchiz olunmuş Mate 70 smartfonunun buraxılmasına hazırlaşır.  Huawei, Apple'ın iOS və Google'un Android ilə yanaşı üçüncü əsas mobil əməliyyat sistemi olacağına ümid edir".