15:03 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2023-cü ili 162 min manat zərərlə başa vurub. 2022-ci ildə Mərkəzin zərəri 36 min manat olub ki, bu da illik müqayisədə zərərin 4.5 dəfə artması deməkdir.
ABC.AZ Mərkəzin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməliyyat gəlirləri 4.5% azalaraq 233 min manat, qeyri-əməliyyat gəlirləri 2 dəfəyə yaxın artaraq 2.586 milyon manat təşkil edib.
Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026