11:59 - 6.11.2024
6 noyabr, Fineko/abc.az. Fransa və Niderlanddakı müstəntiqlər “Netflix”in Paris və Amsterdamdakı ofislərində axtarış aparıblar.
ABC.AZ xəbər verir ki, axtarışı aparanlar Korrupsiyaya Qarşı Mübarizə və Maliyyə və Vergi Cinayətləri üzrə Mərkəzi İdarənin müstəntiqləri olub.
Axtarış nəticəsində şirkətin Paris ofisində vergidən yayınma və qeydiyyatsız işləmək kimi qayda pozuntuları üzə çıxıb.
Hazırda bu barədə ittihamlar üzrə ibtidai istintaq davam edir.
“Netflix” Fransada 2019, 2020 və 2021-ci illərdə ölkədəki fəaliyyəti çərçivəsində vergi yoxlamasına məruz qalıb.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026