11:41 - 30.10.2024
30 oktyabr, Fineko/abc.az. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bael Qazaxıstan tikinti şirkətlərinin Azərbaycan layihələrinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, bu barədə o, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Məmmədovla görüşündə bildirib.
Diplomat müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu vurğulayıb. Görüş iştirakçıları tikinti sektorunda qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparıblar.