Milyonçu sərvətinin böyük hissəsini itinə və aşpazına vəsiyyət etdi

16:54 - 28.10.2024


28 oktyabr, Fineko/abc.az. Hindistanlı milyonçu Ratan Tata sərvətinin 100 milyon dollardan çox hissəsini sevimli iti və aşpazına edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Nüfuzlu nəşrin dərc etdiyi məqalədə qeyd edilib ki, Tata 86 yaşında Mumbayda vəfat edib. İki həftə sonra məlum olub ki, o, sərvətinin böyük hissəsini sevimli Alman çoban itinə, köməkçisi Konar Subbiyaya və aşpaz Rajan Şova verilməsini vəsiyyət edib. Tata mülkün yalnız bir hissəsini qardaş və bacıları üçün qoyub.

Milyonçu həyatı boyu heyvanlara olan sevgisi ilə tanınıb. O, heç vaxt evli olmayıb və varisləri yoxdur. Vəsiyyətnamədə həmçinin qeyd olunur ki, ev heyvanına ailə üzvləri tərəfindən məhdudsuz qayğı göstərilməlidir.

Tata 1937-ci ildə Bombeydə (indiki Mumbay) anadan olub. O, əvvəlcə memar olmağı planlaşdırıb, onu böyüdən nənəsi ondan evə qayıtmağı və ailə biznesinə qoşulmağı xahiş edənə qədər ABŞ-da işləyib. Beləliklə, Tatanın karyerası duz və polad şirkəti olan TISCO-da başlayıb. 1991-ci ildən sahibkar ailə imperiyasını idarə etməyə başlayıb - bu illər ərzində müəssisə 100-dən çox şirkəti birləşdirən qrupa çevrilib.

Müəllif: Elmir Murad