Mərkəzi Nəbatat Bağı nə vaxt istifadəyə veriləcək?

11:28 - 16.10.2024


16 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib.

Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub.

Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib.

Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.

Hazırda parkdakı işlər başa çatmaq üzrədir. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayın sonunda nəzərdə tutulub.