Avropa Parlamenti Rusiya aktivlərinin hesabına Ukraynaya 35 milyard avro kredit verilməsini dəstəkləyib

12:04 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Avropa Parlamentinin ticarət məsələləri komitəsi bu gün səs çoxluğu ilə Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 35 milyard avroluq kredit şəklində maliyyə dəstəyi verilməsini dəstəkləyib.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat yayıb.

Bu fövqəladə makromaliyyə krediti üzrə ödənişlər, G7 ölkələrinin digər kreditləri kimi, Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərindən gələn fövqəladə gəlirlər hesabına həyata keçiriləcək və bu yaxınlarda Avropa Komissiyasının təklifi ilə yaradılan Ukrayna ilə əməkdaşlıq kredit mexanizmi vasitəsilə əlaqələndiriləcək.

Mikromaliyyə krediti çərçivəsində yeni vəsaitlər 2024-cü ilin sonuna qədər Ukrayna üçün əlçatan olacaq və 2025-ci ilin sonuna qədər ödənilməlidir.