17:07 - 14.10.2024
14 oktyabr, Fineko/abc.az. 2024-cü ildə iqtisadiyyat üzrə Alfred Nobelin anım mükafatı laureatları ABŞ-da çalışan Daron Acemoğlu, Saymon Conson və Ceyms A. Robinson olub.
ABC.AZ xəbər verir ki, bu barədə oktyabrın 14-də X sosial şəbəkəsində yayımlanan Nobel Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Qurudam verilən məlumata görə, İsveç Kral Elmlər Akademiyası, Alfred Nobelin xatirəsinə İsveç Dövlət Bankının 2024-cü il iqtisadi elmlər mükafatını Daron Aсemoğlunu, Saymon Consona və Ceyms A. Robinsona "qurumların necə formalaşdığını və firavanlığa təsir etdiyini araşdırdığına görə" mükafatı verməyə qərar verdi.
Komitə qeyd edir ki, bu il laureatlar "insanların fərqli ölkələrdə necə fərqli yaşadıqlarını anlamağımıza kömək etdilər".
Xatırladaq ki, İsveç dövlət bankı 1968-ci ildə, 300 illik yubileyində iqtisadiyyat üzrə mükafat təsis edib. O vaxtdan etibarən hər il Nobel Fonduna mükafatın öz həcminə bərabər məbləğ köçürür. Ənənəyə görə, iqtisadiyyat sahəsində laureatların elan edilməsi Nobel həftəsini tamamlayır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026