12:10 - 4.10.2024
4 oktyabr, Fineko/abc.az. Dünyanın ən yaxşı yeni hündürmərtəbəli binası, beynəlxalq yüksək mərtəbəli binalar və şəhər mühiti Şurasına (the Council on Tall buildings and Urban Habitat, CTBUH) görə, Sinqapurdakı 23 mərtəbəli Pan Pacific Orchard oteli seçilib.
ABC.AZ xəbər verir ki, WOHA memarlıq studiyası tərəfindən layihələndirilmiş "təbiət oteli" şəhərin mərkəzində, Orchard Road məhəlləsində yerləşir.
Pan Pacific Orchard, müəyyən bir mövzuda — meşə, çimərlik, bağ və buludlar mövzusunda hazırlanmış terraslara çıxan dörd altı mərtəbəli seqmentə bölünür.
Beləliklə, birinci, meşə seqmentində, bir çox ağac olan bir su sahəsi var; ikincidə, çimərlik, laquna, qum zolağı və palma bağları olan bir oazis nəzərdə tutulmuşdur; üçüncü, bağ seqmentində, otelin salonu, eləcə də bir neçə hovuz və çiçək zonasl var. Və nəhayət, ən üst bulud terasında müxtəlif tədbirlərin keçirildiyi bir bal salonu var.