17:31 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. 2024-cü ilin əvvəlinə Azərbaycanda 92 peşə təhsili məktəbi olub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin əvvəli ilə müqayisədə bu məktəblərin sayı 7 ədəd (7,1%) azalıb.
Bununla yanaşı peşə təhsili məktəbində təhsil alan tələbələrin sayında 3 min 218 nəfər, başqa sözlə 12,4% artım olub və 29 min 144-ə yüksəlib.
Əhalinin hər 10 min nəfərinə düşən tələbə sayı isə 3 nəfər (1,1%) artaraq 26-dan 29-a yüksəlib.
Bu məktəblərə qəbul olanların və bitirənlərin sayında da artımn müşahidə edilir. Belə ki, qəbul olanların sayı 2024-cü ilin əvvəlinə olan məlumata əsasən 22m min 194 nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 148 nəfər, başqa sözlə 5,5% çoxdur. Bitirənlərin sayı isə 792 nəfər, başqa sözlə 5,7% artaraq 14 min 6457-yə yüksəlib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026