15:39 - 3.10.2024
3 oktyabr, Fineko/abc.az. Sahil mühafizəsinin Çin gəmiləri ilk dəfə Rusiya gəmiləri ilə birlikdə Arktik okeanında patrul xidməti həyata keçirib.
ABC.AZ xəbər verir ki, missiya zamanı Çin tərəfi tanımadığı sularda imkanlarını sınayıb və okean əməliyyatları sahəsini genişləndirib.
Şimal dəniz yolu xammalın Asiyaya daşınması üçün vacib bir marşrut olub. Ukraynada münaqişə başladıqdan sonra nəqliyyatın həcmi artıb, lakin artım Rusiyanın müasir buzqıranların olmaması ilə məhdudlaşır.