Kaliforniyada osminoq yetişdirmək qadağan edildi 

16:34 - 2.10.2024


2 oktyabr, Fineko/abc.az. ABŞ-ın Kaliforniya ştatında osminoq yetişdirilməsini və fermada yetişdirilən osminoq məhsullarının satışını qadağan edən qanun qəbul edilib.

ABC.AZ xəbər verir ki, Kaliforniyanın 27 sentyabrda imzalanan osminoq istismarı Qanunu dünyada bu cür ikinci qanun oldu.
Qanunun qəbul edilməsinə heyvanların rifahı ilə məşğul olan Animal Legal Defence Fund və Social Compassion in Legislation, sponsorluq etmişdir.