16:34 - 24.08.2018
24 avqust, Fineko/abc.az. “SOCAR Petroleum” şirkəti Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində daha bir sıxılmış qaz satışı məntəqəsi (CNG) açdı.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, bu, Azərbaycanda üçüncü CNG satış nöqtəsidir.
Cəmi Azərbaycanda SOCAR-ın 27 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.