11:34 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. Hazırda Çində Azərbaycanın altı ticarət evi və üç şərab evi fəaliyyət göstərir.
ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan Çinin iqlim dəyişikliyi ilə mübarizə təcrübəsi ilə də maraqlanır.
“Biz Çindən rəsmi nümayəndə heyətinin COP29-da iştirakını alqışlayırıq və iqlim dəyişikliyi ilə mübarizədə Çinin qabaqcıl təcrübələrində maraqlıyıq. Avtobusların yerli istehsalını təmin etmək üçün Çinin “BYD Company Limited” şirkəti ilə əməkdaşlığa başlanılıb, COP29 çərçivəsində elektriklə işləyən avtobusların idxalı və istismara verilməsi üzrə saziş imzalanıb. Əməkdaşlıq çərçivəsində həmçinin 2025-ci ildə ehtiyat hissələri də daxil olmaqla yerli istehsalın yaradılması, satınalmalara dövlət zəmanəti və birgə maliyyələşdirmə nəzərdə tutulur”, – Mustafayev qeyd edib.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026