14:38 - 26.09.2024
26 sentyabr, Fineko/abc.az. Son 6 il ərzində əmək müqavilələrinin sayı 44% artıb.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
O bildirib ki, 2018-ci ildən sonrakı dövrdə 4 mln şəxsi əhatə edən, illik əlavə maliyyə vəsaiti 7 milyard manat (təqribən 4,1 milyard ABŞ dolları) olan 4 sosial islahat paketi həyata keçirilib: “Bu dövrdə sosial ödənişlər 2,5 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, orta aylıq əməkhaqqı 84%, median əməkhaqqı 2,2 dəfə, minimum əmək haqqı 2,7 dəfə və əmək haqqı fondu 2,8 dəfə artırılıb”.
O əlavə edib ki, əmək münasibətlərin tənzimlənməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində həyata keçirilən tədbirlər nəticəsində son 6 il ərzində əmək müqavilələrinin sayı 44% və ya 563 min artıb. (APA)
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026