8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib

12:11 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.