12:04 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 161 milyon 299 min dollar dəyərində 99 min 539 ton pambıq ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 50 milyon 614 min dollar və ya 45,7% miqdar ifadəsilə 45 min 199 ton və ya 83,2% artıb.
2023-cü ilin 8 ayında isə Azərbaycandan 110 milyon 685 min dollar dəyərində 54 min 340 ton pambıq ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambığın 1 kiloqramının orta ixrac qiyməti 2,76 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 3,46 manat idi (illik 71 qəpik və ya 20,4% ucuzlaşma).
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026