Ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb

17:22 - 24.09.2024


24 sentyabr, Fineko/abc.az. Ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əgər 2022-ci ildə 1 611 poçt şöbəsi fəaliyyət göstərirdisə 2023-cü ildə bu göstərici 1498-ə düşüb.

Bu dövrdə yalnız 3 rayon və şəhərdə artım qeydə alınıb.

Zəngilan rayonunda 1, Bakıda 37, Yevlaxda isə 4 yeni poçt şöbəsi fəaliyyətə başlayıb, 25 rayonda sayda hansısa dəyişiklik olmayıb.

Digər rayonlarda isə azalma baş verib. Belə ki, Göygöl, Xaçmaz, Gəncə, Saatlı, Şamaxı, Biləsuvar, Ağdam rayonlarında cəmi 1 poçt şöbəsi fəaliyyətini dayandırıb.

Ən çox azalma isə Masallı və Ağsu rayonlarında 12 şöbə olmaqla qeydə alınıb. Kəskin eniş özünü Ağsu rayonunda yarıdan çox olmaqla göstərib.