16:42 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. İlon Mask, kosmosa raket göndrəmək üçün yalnız Mülki Aviasiya İdarəsindən deyil, həm də balıqçılığı tənzimləyən idarədən icazə almalı olduğunu deyib.
ABC.AZ xəbər verir ki, səlahiyyətlilər, raketin köpək balığına və ya balinaya düşəcəyindən narahat idilər. Belə bir hadisənin yuvarlaq ehtimalı 0% olmasına baxmayaraq, dövlət SpaceX-i buraxılışları dayandırmağa məcbur etdi.
Raket Kaliforniyadakı Vandenberg bazasından buraxıldıqda isə, səlahiyyətlilər raketlərin buraxılmasının suitilərin çoxalmasına mane olmayacağını sübut etməyi tələb etdilər.
Buraxılışın təhlükəsizliyini təmin etmək üçün bürokratlar SpaceX-i suitini tutmağa, lövhəyə bağlamağa, qulaqcıq taxmağa və heyvanın reaksiyasını yoxlamaq üçün partlayış səslərini açmağa məcbur etdilər.
Mask yekunda bildirib ki, ictimaiyyət tənzimləyici orqanlarda baş verən ağılsızlıq dərəcəsindən xəbərsizdir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026