14:58 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. Yaxın zamanlarda Yaponiyada daha bir yeniliyə imza atıldığının şahidi olacağıq.
Belə ki, yapon alimlər növbəti illərdə daha sürətli olan “Fuqaku Next” superkompüterini hazırlayacaqlar.
Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi yeni kompüterin istehsalına 2025-ci ildə başlanacağını açıqlayıb.
Qeyd edək ki, Yaponiya hazırda dünyanın ən sürətli kompüteri olan “Fuqaku”ya sahibdir. Ondan daha sürətli “Fuqaku Next” isə 2030-cu ildə istifadəyə veriləcək və hökumət bu layihə üçün 110 milyard yapon yeni ayırıb.
10 Avqust 2026