11:00 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. “Telegram”ın yaradıcısı Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, bundan sonra “Telegram” messencerinin qaydalarını pozan şəxslərin məlumatları əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.
“Cinayətkarların “Telegram”ın axtarışından sui-istifadə etmələrinin qarşısını almaq üçün xidmət şərtlərimizi və məxfilik siyasətimizi yenilədik. Siyasətimizi pozanların IP ünvanları və telefon nömrələrinin hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana biləcəyini bildiririk”, – Durov qeyd edib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026