Ukraynada havanın keyfiyyəti pisləşib

16:04 - 20.09.2024


20 sentyabr, Fineko/abc.az. Havanın keyfiyyətinin pisləşməsi təkcə Kiyevdə deyil, bütün Ukraynada qeydə alınır.

ABC.AZ xəbər verir ki, bu gün Ukraynanın bir sıra şəhərləri kəskin dumana qərq olunub. Kiyev bir müddət dünyanın ən çirkli havası olan şəhərlərinin anti-reytinqinə liderlik eedirdi. Konotop, Lutsk və Xarkovda, eləcə də Çerniqov bölgəsində də problem yaşanıb. Çirklənmiş hava olan bölgələrdə ukraynalıları pəncərələri bağlamağa və açıq havada fiziki fəaliyyətdən imtina etməyə, həmçinin bol su içməyə çağırırlar.