Bu qurum zərərlə işləməyə başlayıb

14:57 - 17.09.2024


17 sentyabr, Fineko/abc.az. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2023-cü ili 641 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 19,7 % azdır.

Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin əməliyyat gəlirləri 5,781 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % çox), əməliyyat xərcləri 4,946 milyon manat (15,5 % çox), mənfəət vergisi ödəmələri isə 195 min manat (21,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin aktivləri 1,526 milyon manat olub ki, bu da illik müqayisədə 26,4 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 38,3 % azalaraq 573 min manata, balans kapitalı isə 16,6 % azalaraq 953 min manata düşüb.