11:24 - 16.09.2024
16 sentyabr, Fineko/abc.az. COP29-a görə 11 və 12 noyabr qeyri-iş günü elan olunacaq.
ABC.AZ xəbər verir ki, şənbə və bazar günü ilə birlikdə 9-10-11-12 noyabr günlərində iş olmayacaq.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayının 11-22 tarixlərində Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026