10:25 - 11.09.2024
11 sentyabr, Fineko/abc.az. ABŞ dünən Rusiya Federasiyasından bir Rusiyalını, iki şirkəti, habelə doqquz Rusiya nəqliyyat gəmisini sanksiya siyahısına daxil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi məlumat verib.
ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin (OFAC) sənədinə görə, sanksiyalar, xüsusən də dəniz daşımaları həyata keçirən "Оптовая фирма "ВАФА" MMC, "Море Река Сервис" MMC, habelə bu qurumlara məxsus gəmilərə tətbiq olunub. Ümumilikdə doqquz gəmiyə qarşı məhdudiyyətlər tətbiq edilib.
Qeyd olunur ki, müvafiq tədbirlər Ukraynadakı vəziyyətlə bağlı tətbiq edilib.
Doqquz İran vətəndaşı və dörd İran şirkəti də guya Ukraynadakı əməliyyatla əlaqədar Rusiya Federasiyasının köməyinə görə sanksiya siyahılarına daxil edilib. Xüsusilə, sanksiyalar İranın dövlət aviaşirkəti olan “Iran Air”ə qarşı tətbiq edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026