“iPhone 16”nın təqdimatı sentyabrın 9-da baş tutacaq

16:20 - 29.08.2024


29 avqust, Fineko/abc.az. "Apple” tədbiri, başqa sözlə “iPhone 16” təqdimatı sentyabrın 9-da baş tutacaq.

ABC.AZ xəbər verir ki, təqdimatdan bir neçə gün əvvəl “iPhone 16” qara rəngdə, “iPhone 16 Pro Max” isə “Desert Titanium” rəngində göründü. “iPhone 16 Pro Max” qutusundan açılan videoda telefonun bir müddətdir qeyd edilən “Desert Titanium” rəngini görürük. “Bu iPhone 5s”in qızılı rənginin daha tünd çalarlarına bənzəyir.

Videoda bəzi kamera xüsusiyyətlərinə asanlıqla daxil olmaq üçün istifadə edildiyi deyilən “Capture” düyməsini də görürük. Videoda qutu aydın görünsə də, telefonun ekranı göstərilmədiyi üçün dummy modellər ola bilər. Yeri gəlmişkən, “Desert Titanium” rəng seçiminin “16 Pro Max” üçün eksklüziv ola biləcəyi deyilir.